Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin təşkilatçılığı ilə “Təhsildə şəffaflıq, etika və antikorrupsiya tədbirləri” mövzusunda 3 günlük seminar dünən öz işinə başlayıb (APA). YUNESKO-nun nümayəndəsi Yak Hallak bildirib ki, dünyanın 30 trilyon dollarlıq iqtisadiyyatının 1 trilyonu korrupsiyanın payına düşür. Azərbaycanda təhsilin vəziyyəti barədə bəzi fikirlərini açıqlayan ekspert deyir ki, 1999-cu ildə məktəb yaşına çatan uşaqların 100%-i məktəbə gedirdisə, 2002-ci ildə bu rəqəm 79,9% olub: “Özəl təhsil üzrə göstərici də çox aşağıdır - 0,3%. Güman etmək olar ki, bu göstərici çox sürətlə artacaq. Təhsilə sərf olunan dövlət vəsaiti də aşağıdır. 1990-cı ildə ümumi daxili məhsulun 7,7, 2002-ci ildə 3,2%-i təhsilə sərf olunub. Məncə, Azərbaycan öz vəziyyətini Amerika və Avropa dövlətləri ilə müqayisə etməlidir”.
Gündəlik Azərbaycan - Məktəbə Gedən Uşaqlarımızın Sayi Azalır
SON XƏBƏRLƏR
Uşağın hüquqları sensasiyadan üstün olmalıdır !
Bu gün biz uşaqların hüquqlarının açıq şəkildə pozulmasının şahidi olduq. Mətbuatda ev...
Risk Qrupundakı Gəncə Təhsil Dəstəyi
Hörmətli izləyicilər!Riskli davranışa meyilli olan gənclərin cəmiyyətə inteqrasiyasına d...
SON TƏDBİRLƏR
Uşaq və Qadın Qaynar Xətt Xidməti üçün Könüllü Psixoloqlar Axtarılır!
Uşaq və Qadın Qaynar Xətt Xidməti olaraq, psixoloji dəstəyə ehtiyacı olan uşaqlara, gəncl...
Uşaq Qaynar Xətti üçün Könüllü Axtarılır!
Uşaq hüquqlarının müdafiəsi və onların rifahı üçün çalışmaq istəyən könüllüləri ...




